Günəşin Yerə təsiri və maqnit qasırğaları barədə əvvəldən xəbər verilməsi üçün yeni qurumun yaradılmasına ehtiyac var

Günəşin Yerə təsiri və maqnit qasırğaları barədə əvvəldən xəbər verilməsi üçün yeni qurumun yaradılmasına ehtiyac var

"Günəş-Yer Əlaqələri, Günəşdə baş verən prosesləri və onun yerə təsirini arası kəsilmədən kimsə məşğul olaraq təhlükə barədə əvvəlcədən insanlara xəbər verməlidir. Azərbaycanda Günəş-Yer Əlaqələri, Günəşin Yerə təsiri ilə bağlı yeni qurumun yaradılması yaxşı olardı. Ən azından amerikalılar, avropalıların verdiyi proqnozlar izlənilməli, heç olmasa o məlumatlar insanlara çatdırılmalıdır".

Bunu Apa-ya açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib.

N.Cəlilov vurğulayıb ki, rəsədxanada Günəşdə gedən proseslərlə məşğul olunur, onun yerə təsir ehtimalı ilə maraqlanır, baxır və müəyyən məlumatlar var: "Amma konkret Günəş-Yer Əlaqələri, Günəşin Yerə təsiri və baş verə biləcək maqnit qasırğaları barədə əvvəlcədən insanlara xəbər verilməsi üçün qurumun yaradılmasına ehtiyac var. Baş verəcək təhlükə ən azından 2-3 gün öncədən məlum olur. Buna əsasən də Günəşdə partlayışın gücü, nə olacaq, neçə gündən sonra yerə çata biləcək və digər məsələlər barədə məlumat toplanılaraq vətəndaşlar xəbərdar edilməlidir. İnsanlar da bilməlidirlər ki, maqnit qasırğası baş verəndə bir az ehtiyatlı olsunlar, dərmanları vaxtında qəbul etsinlər, çox aktiv fəaliyyətlə məşğul olmayıb ev şəraitində otursunlar. Bunlar barədə əvvəldən insanlara məlumat verib, xəbərdar etmək lazımdır".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az