Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında şəxsi həyatı barədə danışıb və sərxoş jurnalistin sualını cavablandırmalı olub.
Mediainfo.az xəbər verir ki, Putin şəxsi həyatında hər şeyin qaydasında olduğunu deyib:
"Hər şey qaydasındadır, narahat olmayın. Mənim Avropadan olan bir tanışım var, rəisdir. Məndən soruşdu ki, "qulaq as, sənin sevdiyin var?". Mən soruşdum: "Hansı mənada?". O deyir "sən kimi sevirsən yəni?". Cavab veririəm ki "hə". "Bəs səni kimsə sevir?". Cavab verdim: Bəli. O isə "şükür Allaha" dedi.
Mətbuat konfransında digər diqqət çəkən məqam isə Rusiya prezidentinə sual verən jurnalistlərdən birinin sərxoş olması olub. Əvvəlcə özünün Türkiyədən gələn jurnalist kimi təqdim edən şəxs sual vermək üçün ona şans veriləndə Kirovdan olduğunu bildirib. Putin "siz axı Türkiyədən deyilsiniz" dedikdə isə jurnalist "nə etmək olar, belə alındı" deyib və zaldakı digər jurnalistlərin də gülüşünüə səbəb olub. Daha sonra jurnalist "siz bilirsiniz bizdə kvas hazırlayırlar. Çoxlu kavs..Yaxşı kvas" deyib. Putin isə "mən görürəm, siz artıq yellənirsiniz" deyə jurnalistə cavab verib.
Jurnalist mövcud iqtisadi durumda Vyatsk kvaslarını gözləyən böhrana toxunub və ticarət şəbəkəsində ancaq Koka-Kola, digər qazlı içkilərin satılmasından gileylənib. Putin Koka-Kola ilə müqayisədə Vyatsk kvaslarının faydasına arxayın olduğunu və yerli istehlakçılara yardım edəcəyinə vəd verib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































