Yeni dərmanın burun-boğaz xəstəlikləri üçün istifadə olunması nəzərdə tutulur
Azərbaycanda alimlər tərəfindən yeni dərman vasitəsi ixtira olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, "Ağ Naftalan yağı" oktyabrın 23-də Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsi kimi qeydə alınıb. Onun sözlərinə görə, akademiya tarixində ilk dərmandır ki, bunun istifadəsinə icazə verilib: "Dərmanın hazırlanması üçün vanna kimi istifadə edilən Naftalan neftinin tullantısından yağ alınıb. "Ağ Naftalan yağı"ın dərman kimi istifadəsinə icazə verilib. Yeni dərmanın burun-boğaz xəstəlikləri üçün istifadə olunması nəzərdə tutulur".
V.Abbasov əlavə edib ki, Naftalan neftindən digər dərman preparatlarının hazırlanması üçün də tədqiqatlar aparılmalıdır. Onun fikrincə, Naftalan neftindən yalnız vanna kimi istifadə edilməsi erası qurtarmalıdır. Çünki bu, həm də ətraf mühitə ziyan vurur.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




