Azərbaycanda İ.İsrafilov adlı kişi müfti Hacı Salman Musayevə müraciət edib.
"Qafqazinfo" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin saytında yerləşdirilən qeyddə kişi müftiyə öz arvadından və molladan şikayət edib.
Müraciətdə İ.İsmayılov qeyd edib ki, o, 2011-ci ilin dekabr ayının 30-da Bakıya gəlib və gələcək həyat yoldaşı ilə birlikdə Nizami metrosunun yanında olan məscidə gedib: "Əvvəl mənim təklifim ilə, sonra gələcək həyat yoldaşımın razılığı ilə kəbini kəsdirdik.
Amma 2014-cü il sentyabrın əvvəlində mənim həyat yoldaşım ərizə yazaraq kəbini birtərəfli pozub. Mənim isə bu əməldən heç bir xəbərim olmayıb. Və mən razılıq verməmişəm rəsmi şəkildə kəbini pozmağa.
Bu məsələ ilə bağlı 4 sualım var.
1. Həyat yoldaşımın ixtiyarı varmı ki, mənsiz, tək gedib kəbini pozsun? Bu qanunsuz deyilmi və günah sayılmırmı?
2. Mollanın ixtiyarı varmı ki, xanım ərinin xəbəri olmadan məscidə talaq üçün gəldikdə, ərdən xəbərsiz o qadının talağını versin? Mənim razılığım olmadan xanımımın talaqını vermək din, şəriət qayda-qanunlarını pozmaq deyilmi?
3. Əgər mollanın bu kəbini pozması qanunsuzdursa, onun cəzası nə ola bilər? Çünki molla kəbinimi mənsiz pozub, mənim haqqımı tapdalayıb, mənə ağır zərbə vurub. Mən ürək ağrısından həkimə müraciət etməyə məcbur oldum.
4. Pozulmuş kəbini ləğv etmək olarmı? Çünki, şəxsən mən razı deyiləm kəbinimiz pozulsun. Ailəmin dağılmasına razı deyiləm.
İstəyirəm kəbinim arxivdən geri qaytarılaraq bərpa olunsun. Ailəmin taleyi ilə nigaranlıq keçirərək, Sizdən cavab gözləyirəm"
Müftinin cavabı isə kişinin xeyrinə olub: "İslamın şəriət qanunlarına əsasən, kişinin icazəsi olmadan qadın boşana və talaq ala bilməz. Ona görə də sizin durumunuzda həm talaq oxudan qadın, həm də talaq oxuyan din xadimi günahkardır. Başqa ifadə ilə desək, sözü gedən qadın hələ də sizin xanımınız və həyat yoldaşınızdır.
Yeri gəlmişkən, talağı oxuyan din xadiminin adı və soyadını bizə göndərmənizi xahiş edirik".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































