Böyük Britaniya hərraclarının birində kraliça Viktoriyanın alt paltarları hərraca çıxarılır. Daily Mirror qəzetinin məlumatına görə, bu dəfə kraliçanın ipək köynəkli tumanı (kambinzonu) satış predmeti olacaq.
"Alt paltarı uzun illər əvvəl Viktoriya tərəfindən nümunəvi işçilərin birinə verilib və nəsildən nəslə keçərək günümüzədək gəlib çatıb. O, 75 il ərzində sandıqda qaldığından əla vəziyyətdədir. Bu, son 40 ildə mənim təşkil etdiyim ən qəribə lotlardan biridir", - deyə məlumat verən satışın təşkilatçısı Maykl Hoqben maraqlı faktlara toxunub: "Alt paltarı çox böyükdür, sinənin həcmi 167 sm-dir, bel hissəsi isə 132 sm ölçüdədir".
Qeyd edək ki, ipəkdən tikilmiş alt paltarı cari ilin 12 oktyabr tarixində Kent qraflığının Stenford şəhərində 2000 funt sterlinq start qiyməti ilə satışa çıxarılacaq.
Xatırladaq ki, kraliçanın alt paltarları hər zaman yüksək tələbatla alınıb. Ötən illər ərzində onun 63 yaşlı digər kambinzonu 5000 funt sterlinqə satılıb. 2 cüt ipək corabları isə 2011-ci ilin noyabrında 9.8 funt sterlinqə alıcı tapıb.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































