Bu gün Günəşdə qəfil geomaqnit qasırğası baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.
Onun sözlərinə görə, nəticədə əsas indekslərdən biri olan Kp-nin qiyməti 5-ə qalxıb (maksimum qiymət 9-a bərabərdir): "Bundan əvvəlki günlərdə aparılan monitorinq "kosmik hava"nın nisbətən sakit olmasını göstərirdisə, 19 sentyabr tarixində səhər saat 7-10 arası G1 kateqoriyalı geomaqnit qasırğası generasiya olunub".
E. Babayev deyib ki, qasırğaya səbəb Planetlərarası Maqnit Sahəsinin (PMS) qəfil fluktuasiyaları olub: "Planetlərarası Maqnit Sahəsi cənub istiqamətini göstərib, bununla da yüklü zərrəciklərin Yerin maqnitosferinə asan daxil olmasına əlverişli fiziki şərait yaradıb. Günəş küləyi isə "oda yağ qatıb".
Geomaqnit həyəcanlanmasının gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir. Şimal en dairəsində yerləşən ölkələrin sakinləri artıq gözəl təbiət hadisəsi olan Qütb Şəfəqini müşahidə ediblər.
Hazırda Günəş səthində 75 ləkə müşahidə oluna da, onlar nisbətən passivdir. Günəş diskində isə yüksək sürətli plazma küləyinin və həyəcanlanmanın mənbələrindən olan tac dəlikləri müşahidə olunmur.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































