Dünən Rusiyada "Vahid Səsvermə Günü" zamanı maraqlı bir hadisə baş verib. İnterfax-ın məlumatına görə, Moskvanın seçki məntəqələrinin birinə daxil olan üç qız qəfildən qurşağadək soyunaraq, sinələrinə çəkdikləri Ukrayna bayrağını nümayiş etdirməyə başlayıblar. Cəmi bir neçə saniyə davam edən aksiya zamanı etirazçılar "Ukraynaya eşq olsun!" şüarını səsləndirsələr də, tezliklə təhlükəsizlik əməkdaşları tərəfindən məntəqədən çıxarılıblar. Qızlardan biri hərc-mərclikdə koftasını itirdiyindən bir müddət şüşə liftdə gizlədilib. Bununla belə, bəzi jurnalistlər və fotoqraflar mənzərəni lentə ala biliblər.
Məlumatda bildirilir ki, hər üç aksiya iştirakçısı barədə inzibati qaydada məhkəmə işi açılıb. Onların 15 sutkayadək həbs olunacağı ehtimal edilir.
Bununla belə, Moskva şəhər seçki komissiyasının rəhbəri Valentin Qorbunov hadisəni təbəssümlə qarşılayıb. "Mənə başqa məntəqələrdən çoxlu zəng gəlib. "Onları bizə də göndərə bilərsiniz?" - deyə maraqlanıblar. Çünki həmin qızlara görə "Kotelni sahilyanı" seçki məntəqəsinə maraq hədsiz olub", - deyə dövlət rəsmisi bildirib.
Yeri gəlmişkən, bir müddət əvvəl naməlum şəxslər tərəfindən "Kotelni sahilyanı yüksəkliyində" yerləşən seçki məntəqəsinin damına Ukrayna bayrağı asılıb. Həmin faktla bağlı 6 nəfər istintaqa cəlb edilib, 2 nəfər barəsində ev dustaqlığı, qalanları barədə həbs qətimkan tədbiri seçilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































