Hindli uşağın əməliyyata ehtiyacı var

Hindli uşağın əməliyyata ehtiyacı var

Hindistanda yaşayan 8 yaşlı Kalem ayaqqabı bağını bağlamaq kimi sadə məişət tapşırıqlarını belə yerinə yetirə bilmir. İş ondan ibarətdir ki, Kalem doğularkən əlləri özündən iki dəfə böyük olub. Əllərinin getdikcə böyüməsi həkimləri də çaş-baş qoyub.

Deformasiyalı uşaq insanları "qorxutduğu" üçün bütün həyatı boyu təhqirlərə məruz qalıb. Elə buna görə də onu məktəbə buraxmırlar. Kalem deyir: "Mən paltarımı geyinmək, köynəyimin düymələrini bağlamaq və şalvarımı yuxarı çəkməkdə çətinlik çəkirəm. Həkimlərə müraciət etsəm, onlar məni iynə ilə yatırıb əməliyyat edəcək. Onlara qarşı iradım yoxdur, lakin əməliyyatın iynəsiz olmasını istərdim. Kiçik bir əməliyyat mənim üçün yetər".

Aya 25 dollar qazanan valideynləri övladları üçün çarə axtarır. Atası Şamin isə övladına kömək edə bilmədiyi üçün özünü qınayır. Çünki Kalem barmaqlarını bükə bilmədiyi üçün heç zaman müstəqil ola bilməyəcək. Həkimlər uşağın ürək və ağciyərinin yaxşı fəaliyyət göstərdiyini deyib. Lakin getdikcə böyüyən barmaqları onun qan-damar sistemində təzyiqi artırır, bu isə onun həyatını qısalda bilər.

Lakin həkimlər ümidlərini üzməyərək Kalemin xoşxassəli limfanqoma və ya hamartomadan əziyyət çəkdiyini düşünürlər. Hər iki xəstəlik müalicə olunandır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az