Şehmus Özden-in Afrikadakı Namibiya səhrasında yaşayan "stenocara" adlı böcəyi örnək alaraq təkmilləşdirdiyi sutoplama üsulu səhra və quraq yerlərdə içməli su probleminə potensial çözüm sayılır.
ABŞ-ın Texas ştatında yerləşən Rice Universitetində nanotexnologiyalar üzərində çalışan türk alimi Şehmus Özden susuzluq probleminin həllinə yol açan bir kəşfə imza atıb. Onun Afrikadakı Namibiya səhrasında yaşayan stenocara adlı böcəyi örnək alaraq təkmilləşdirdiyi sutoplama üsulu səhra və quraq yerlərdə içməli su probleminə potensial çözüm sayılır.
Material və nanomühəndisliyi bölümündə doktorluq dissertasiyası üzərində çalışan Şehmus Özden və rəhbərlik etdiyi qrup su müşkülünü həll etmək üçün nanotexnologiyadan yararlanaraq önəmli bir kəşfi gerçəkləşdirib.
Özden Anadolu Agentliyinə müsahibəsində kəşfini belə anladıb:
"Təbiəti öyrənərkən, heç bir enerjiyə ehtiyac duymadan içməli su problemini çözən varlıqlara rast gələ bilərik. Afrikanın Namibiya səhrasında yaşayan "stenocara" adlı böcək başı aşağıya doğru, arxası və qanad hissəsi yuxarıya yönəlmiş şəkildə 45 dərəcə bucaq altında küləyə qarşı durarkən, havadakı nəmdə olan su molekullarını toplayır. Biz də bu böcəyin sutoplama mexanizminə bənzər sistem düşünüb hazırladıq. Bu kəşf içməli su probleminə potensial çözüm sayılır".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































