Ötən həftə Bakıda çox maraqlı və eyni zamanda, gülməli hadisə baş verib. ANS-in məlumatına görə, maraqlı hadisə sərnişin avtobuslarından birində olub.
Belə ki, "Gənclik" metrosu yaxınlığında sərnişin avtobusu dayanacaqda dayanır. Bu zaman avtobusa orta boylu, uzun saqqallı və ilk baxışdan radikal dindara bənzəyən bir kişi minib. Kişi gələrək avtobusun ortasında dayanıb və əlindəki çantanı yerə qoyub. Avtobus hərəkət etməyə başlayan zaman, "Allahu Əkbər" deyib və ani şəkildə əyilərək çantanın ağzını açıb.
Bu zaman sərnişinlər təşvişə düşür. Bir neçə saniyə içərisində sərnişinlər avtobusdan düşüb qaçmağa başlayır.
İnsanlar o qədər həyəcanlanıblar ki, bir-birinin üstünə çıxıblar. Bəziləri isə qaçan zaman üzü üstə yıxılıblar. Lakin kişi çantadan "bomba" yox, "suxari" çıxarıb. Demə, kişi suxari yemək istəyirmiş.
Yazıq kişi hadisədən özü də şoka düşüb. Hətta onun vəziyyəti pisləşib. Sonradan sərnişinlər yenidən avtobusa miniblər.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































