Günəşdə baş verən alışmaların gücü hər tsikldə azalır
Günəş aktivliyinin 11 illik tsiklinin maksimum dövrü başa çatır. N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov apa-ya açıqlamasında deyib ki, payız mövsümündən Günəşdə baş verən və yerə təsir edən alışmaların sayı azalmağa başlayacaq. Onun sözlərinə görə, hazırda müşahidə olunan 11 illik tsikldə günəş aktivliyi keçən tsiklə nisbətən daha sakitdir. N.Cəlilov qeyd edib ki, Günəşin maksimum hündürlüyü-inteqral enerjisinin miqdarı da hər tsikldə azalır: "Amma bunun niyə azaldığını izah edə bilmirik".
Şöbə müdiri vurğulayıb ki, Günəş alışmalarının sayı hər tsikldə təxminən eyni səviyyədə qalır. Onun fikrincə, maksimum 1 saniyədə alışma zamanı yaranan enerjinin miqdarı azalır: "Günəşdə hər saniyə alışma baş verir. Amma güclü alışmaların sayı hər tsikldə demək olar ki, eynidir. Belə ki, 11 illik tsiklin maksimum dövründə hər gün təxminən 4-5 orta gücdə alışma baş verir".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




