Dünən Türkiyənin Diyarbakır şəhərindəki "Məryəm ana" kilsəsində yaşayan kəndin son erməniləri ailə qurublar. Belə ki, 84 yaşlı Sıtkı Eken (Sarkis) "sevib-seçdiyi" Bayzo Alata ilə rəsmi qaydada evlənib.
Nikah mərasimini şəhərin bələdiyyə sədri boynuna götürüb. Erməni cütlük bəzəkli faytonla "Surp Giragos" adlı erməni kilsəsinə gətiriliblər. Məclisdə kürd və erməni mahnıları da səsləndirilib. Dəvətlilər qol götürüb oynayıblar, "cütlüyə" xoşbəxtlik diləyiblər. Nikah şahidləri isə Diyarbakır Böyükşəhər Eşbaşkanları Gültan Küsanak və Fırat Anlı olub.
Sənədlərə imza atılandan sonra Bayzo Alata, "nikahsız ölmək istəmirdim", - deyərək oynamağa başlayıb. Hər kəs tərəfindən alqışlanan erməni cütlük yaşadığı kənddəki bütün dostlarının buralardan uzaqlaşdığını vurğulayıb. Bununla belə, kəndin ona sahib çıxdığını da dilə gətirməyi unutmayıb.
Diyarbakır Büyükşəhər Bələdiyyə Başkanı Gültan Kışanaka da toyda söz verilib. "Mən ölümsüz bir ana şahidlik etdim. Klassik bir nikah olmadı bu. Həyatlarını, sevgilərini itirməmiş iki insanın ölümsüz eşqlərinə şahid olduq. Onlar bu torpaqda ayaqda qalma mücadiləsini sevgilərinin gücü ilə bacarıblar. Rənglərin olmasına izn vermədilər. Gənclərə dərs olun!" – deyib.
Fırat Anlı da cütlüyə xoşbəxtlik diləyib.
Hazırladı: Könül Aypara
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































