Çin Azərbaycanın gələcək peyk layihələrində iştirak etmək niyyətindədir. Bunu Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Xun Tsyuin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşündə bildirib.
Bu barədə cümə axşamı nazirliyin yaydığı xəbərdə deyilir.
Səfirin sözlərinə görə, Çin şirkətləri Azərbaycanın peyk layihələrinə və kosmik aparatların buraxılışı üzrə qarşıdakı tenderlərdə iştiraka böyük maraq göstərirlər.
Çin peyk buraxılışı bazarında əsas oyunçulardan, eləcə də onların istehsalçılarından biridir.
ÇXR-in kosmik proqramı 1956-cı ildə start götürüb. Proqram çərçivəsində ilk peyk 1970-ci ildə buraxılıb. 2003-cü ildə Çin dünyada üçüncü kosmik dövlət olub. ABŞ, Rusiya və Avropa ilə yanaşı Çin "Beydou" milli qlobal peyk naviqasiya sisteminə malikdir.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




