2014-cil il dünyanın ən gözəl qadını seçilib. Bu ada dünyanın ən gözəl qadınlarından biri olan Ancelina Colinin rəqibi, "12 il köləlik" filminə görə "Oskar" qazanan Lupita Nionq olub. Aktrisanı bu ada "People" jurnalı layiq görüb. Jurnal dünyanın 50 ən gözəl qadının adlarını açıqlayıb. Jurnal qaradərili aktrisanı jurnalın üz qabığına çəkib.
31 yaşlı Lupita Meksikada doğulub. Valideynlərinin doğulduğu Keniyaya köçüb. Daha sonra isə ABŞ-a gedib.
Aktrisanın "12 il köləlik" filminin prodüseri olan Bred Pitt ilə yaxın münasibətdə olması haqqda iddialar yayılmışdı. Guya aktrisa Bred Pitt ilə Ancelina Colinin arasının dəyməsinə səbəb olub.
Lakin dünyanın ən gözəl cütlüklərindən olan Coli və Pitt ictimaiyyət arasında daha tez-tez birlikdə görünərək və bir-birlərini necə çox sevdiklərini nümayiş etdirməklə bu iddiaları təkzib ediblər.
Qeyd edək ki, siyahıda aktrisa Keri Rassel, Kerri Vaşinqton, Pink, Conni Depin nişanlısı Ember Herd də var. Ötən ilki siyahının birincisi idə aktrsa Qvinet Petrou olmuşdu. Adıçəkilən jurnal artıq 25 ildir ki, bu siyahını tərtib edir. /ans/
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































