Böyük Çin səddi uzanıb. Belə ki, arxeoloqlar Çinin cənub-qərbindəki Ningşia Hui Muxtar vilayətində səddin yeni qalıqlarını aşkar ediblər. Qalıqlar 20 metr uzunluqdakı ərazini əhatə edir.
Yeni tapılan hissələr 3 hissədən ibarətdir. İlk hissənin uzunluğu 5, eni 3-4, hündürlüyü 6 metr olub. Digər iki hissə isə 10 metr uzunluğunda, 5 metr hündürlüyündə olub.
Məlumata görə, divarların bu hissəsi çay donan zaman şəhərə basqın edən yadellilərdən müdafiə məqsədilə inşa edilib. Divarlar sonradan dağılsa da, Çin Xənadanlığı dövründə yenidən inşa edilmişdi.Yeni qalıqların ən azı 2 min 470 illik olduğu zənn edilir.
Çin səddi UNESCO tərəfindən 1987-ci ildə dünya mədəni irs siyahısına salınıb. Çin 2006-2010-cu illər arasında hazırladığı 11-ci 5 illik planda dünyanın ən uzun divarının qorunması üçün 500 milyon yuan (təqribən 80 milyon dollar) ayırdığını açıqlamışdı./ans/
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































