Sirli aləm

Sirli aləm

Varlıq aləminin əşrəfi sayılan bəşər övladı dünya yaranandan bu günə kimi çox möcüzələrin şahidi olubdur. İnsan qurub yaratdığı kimi, dağıtmağa da qadir olan bir varlıqdır. Kainatın bir hissəsi olan dünya sehr və tilsimlərlə da dolu olan varlıq aləmidir. Bəşər övladı bu sehr aləmini də öyrənərək öz məqsədləri üçün mənimsəmişlər. Sehr və tilsim hələ eramızdan əvvəl təxminən 1576-cı ildə qədim Misirdə, fironlar ölkəsində geniş yayılmışdır. İnsanlar getdikcə sehrin sirlərini dərindən öyrənərək onu geniş formada təkmilləşdirmişdir. Sehr özü-özlüyündə çox şaxələrə malik olsa da, başlıca olaraq magiya böyük güc imkanına malikdir. Magiya 2 qoldan - ağ və qara qüvvələrdən ibarətdir. Adından da bəlli olduğu kimi ağ magiya xeyir, qara magiya isə şər əməllərə xidmət edir. İnsanlar arasında maraq dairəsinə görə magiyanın hər iki hissəsindən geniş istifadə edilməkdədir. Magiyanın sirlərinə dərindən bələd olanlardan biri də ilk dini ali təhsilli azərbaycanlı Fəzail Mehdiyevdir.

1976-cı ildə Ağcabədi rayonunda anadan olan Fəzailin dinə ilk marağı 14-15 yaşlarında başlayır. Din üzrə ibtidai təhsilini alandan sonra 1992-ci ildə Bakı İslam Universitetinə qəbul olur. 5-ci kursda oxuyarkən Quranın "Bəqərə" surəsinin 102-ci ayəsi onun fikirlərində parçalanmalar yaradır. Orada Harut və Marut adlı 2 məlaikənin insanlara sehr öyrətməsi onun fikirlərinə təsir edir. Bəzi təfsirçilər tərəfindən bu ayə sehrbazlıq nəzəriyyəsi adlanır. Fəzail də sehrbazlıq nəzəriyyəsinə əsaslanaraq bir neçə araşdırmalar aparır. Sonra bir neçə şamanlar və magiya mütəxəssislərilə görüşür. Onlardan magiyanın müəyyən sirlərini öyrənəndən sonra bu sahəyə marağı daha da artır. 1998-ci ilin oktyabr ayında İsrailə gedir. İsraildə dünyanın tanınmış magiyaşünasları ilə əlaqə yaradır. Və orada 3 il müddətində qaranlıq bir otaqda, heç bir Günəş işığı görmədən, bir çox yeməklərdən və qidalardan məhrum olmaqla, tənhalığa çəkilməklə, şər və xeyir qüvvələrlə konsentrasiya yaratmaqla, onlarla öz arasında meditasiya (qeyri -ilahi ibadət etməklə) magiyanın sirlərini öyrənir. 3 ildən sonra vətənə qayıdır. Bu elmə yiyələnsə də, ondan ancaq xeyir əməllərçün istifadə edir. Əsas məqsədi xeyir qüvvələrdir. Başının üstündə, hər addımında bütün vücudu ilə Allahı düşünərək Haqdan qorxur və kiminsə həyatı üçün şər işlər görmür. Burada bir insana əldə etdiyi elmlə göstərdiyi köməyə görə onu Qazaxıstana dəvət edirlər. 3 ildən bir qədər çox orada yaşayır. Qazaxıstanın Astana şəhərinin "Rahat" telekanalında hər həftə yayımlanan "Ekstrahiss" verilişində iştirak edir. Orada ona müraciət edən iş adamlarının biznes işlərini genişləndirməkdə dəstək olur. Bu vaxtacan gördüyü işlərin və verdiyi proqnozların 97%-i öz həllini tapıb. Qalan 3%-i də müəyyən yerdəyişikliyilə əlaqədar sonradan yerini alıb. 2013-cü ildə yenidən 2 ay müddətinə İsrailə gedir. Təzədən kurs keçərək imtahan verir və ali təhsili magiyaşünas adını alır.

Maraq dairəsindən irəli gələrək mən də Fəzail Mehdiyevdən bir neçə suallara cavab istədim.

- Fəzail bəy, dövlətimizin və hamımızın yaralı yeri olan Qarabağ haqqında nə deyə bilərsiniz?

- 2014 - cü ildə Qarabağ məsələsi danışıqlarında Azərbaycanın xeyrinə dəyişikliklər olacaq. Xarici siyasətdə dövlətimiz uğurlar qazanaraq yaxşı nəticələr əldə edəcək.

- Dünyada baş verən proseslər necə nəticələnəcək?

- Şərqdə siyasətdə elə bir dəyişikliklər olmayacaq. Atlantik okeanı sahillərindəki bəzi şəhərlərin xəritədən silinmək ehtimalı var.

- Azərbaycanda fəaliyyət göstərən özəl telekanallar haqqında fikirləriniz?

- 2014-cü ildə ATV telekanalı bir neçə yeni layihəyə imza ataraq reytinq qazanacaq. Spacedə elə bir yenilik olmayacaq. ANS –də bir neçə aparıcı iş yerlərini tərk edəcəklər. Bu il ANS Türk telekanallarının biriylə işbirliyi olaraq yeni bir layihə təqdim edəcək. Layihə sonradan daha çox uğur qazanacaq.

- Fəzail bəy, bəs Azərbaycan şou-biznesində nə kimi yeniliklər gözlənilir?

- Şou-biznesdə elə bir yeniliklər olmayacaq. Sadəcə olaraq bir neçə müğənnilərin sənətində yeniliklər baş verəcək.

- Məsələn?..

- Məsələn, Nadir Qafarzadəyə rus estradasının xanım müğənnilərindən birindən duet oxumaq təklifi gələcək və bu duet uğurlu olacaq. Ondan başqa bir neçə müğənnilərimiz də xarici müğənnilərlə çıxışlar edəcəklər, qarşılıqlı təklifləri olacaq. Elnarə Abdullayeva da yeni uğurlar əldə edəcək. Qarmon ustası Gövhər Rzayeva bu il problemlər yaşayacaq. Manaf Ağayev yeni bir klip çəkdirəcək. Bu klip ona daha çox uğur gətirəcək. Ağadadaş Ağayevin bu il 2 xarici səfəri olacaq. Bir səfəri daha çox uğur gətirəcək. Telli Borçalı bu il ailə həyatı quracaq.

Fəzaillə əlaqə nömrələri: (070) 665-09-90; (051) 968-98-48.

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az