ABŞ-ın Texas ştatında yaşanan hadisə hamını heyrətə gətirib. Belə ki, 5 yaşlı bir uşağın öz ana-atası tərəfindən pilləkənin altındakı bir şkafa həbs edildiyi və ac saxlanıldığı ortaya çıxıb. Polislər uşağı zəif və əldən düşmüş halda evin içindəki pilləkənin altındakı boşluqda yaradılmış kiçik şkafda tapıblar. Daha sonra uşağı xəstəxanaya müalicəyə aparıblar.
Uşağın 24 yaşlı atası Bredli Bleymeyer və 33 yaşlı ögey anası Tammi Bleymeyer tərəfindən uzun müddət şkafda saxlanıldığı, işgəncə verildiyi və ac saxlanıldığı məlum olub. Qorxunc hadisə uşağın atası və ögey olan böyük qardaşının mübahisə etməsindən sonra ortaya çıxıb. Qardaşının orada saxlanılmasına qarşı çıxan gənc oğlan atası ilə mübahsə etdikdən sonra polisə məlumat verib.
Polis uşağı görəndə dəhşətə gəlib. Belə ki, uşağın aclıqdan və zəiflikdən sümükləri üzə çıxıb, bədəninin çox yerində çürümə əmələ gəlib.
Kiçik uşağın atası və ögey anası polis tərəfindən saxlanılıb. Qəddar ata həbs edilib, ögey ana Tammi Bleymeyer isə 2 min dollar pul cəzası ilə azadlığa buraxılıb./ans/
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































