Bakı bulvarında dəniz taksilərinin yaradılması ilə bağlı işlər görülür. Layihəyə əsasən yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək. Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək. Lakin bu layihənin həyata keçirilməsi üçün hələ çox iş görülməlidir.
Hazırda layihənin iqtisadi səmərəliyi araşdırılır. Araşdırmalardan sonra, qayıqların hansı ölkədən alınacağı, onların qiyməti və sayı məlum olacaq. Daha sonra Bulvar ərazisində neçə qayığın əhaliyə xidmət göstərəcəyi və xidmət haqqı da müəyyənləşəcək.
Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək. Dəniz taksiləri vasitəsilə Bakı buxtasından Nargin adasına da getməyə imkan olacaq. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcək.
Xatırladaq ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




