Azərbaycanda ən böyük kitab market açılacaq.Marketdə müxtəlif dillərdə olan minlərlə kitab tapmaq mümkün olacaq. "Kitabevim.az" Mağazalar Şəbəkəsinin "28 May" stansiyası yaxınlığında Puşkin 26A ünvanında, "AK Center"in 2-ci mərtəbəsində yerləşən yeni kitab marketinin açılış mərasimi martın 16-da, saat 15:00-da baş tutacaq. Açılış günü marketdəki bütün kitablara 20 faiz endirim tətbiq olunacaq. Minlərlə kitabın satışından əlavə, kitabevim.az kitab marketində oxucu klubu və müxtəlif şirkətlərinhimayəsi altında hazırlanan "Qoy-götür" guşəsi də təşkil olunub. Qeyd edək ki, açılışa gələn oxucular özləri ilə bir kitab da gətirib, əvəzində bu guşədən başqa kitab götürə biləcəklər.
Layihənin məqsədi kitab satışından çox mütaliənin təbliğatını həyata keçirməkdir. Burada müxtəlif dillərdə olan minlərlə kitab tapmaq mümkün olacaq. Yeni kitab marketində "Günün, həftənin, ayın kitabı" adlı guşə, eyni zamanda seminar, diskussiyalar və imza günlərinin keçirilməsi üçün geniş bir təqdimat guşəsi də yaradılıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































