Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində təhsil alan tələbənin toplaya biləcəyi balların maksimum həddini açıqlayıb. Təhsil Nazirliyinin "Facebook" səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, yekun dövlət attestasiyasına görə, tələbənin toplaya biləcəyi balların maksimum həddi 100-ə bərabərdir. Bu balların hesablanması meyarları ali təhsil müəssisəsinin elmi şurası tərəfindən təsdiq edilir. Dövlət imtahanının qiymətləndirmə meyarları tamamilə fərqlidir. 17 bal qiymətləndirilməsi isə yalnız semestr imtahanlarının qiymətləndirilməsinə şamil edilir.
Qeyd olunub ki, təhsil aldığı dörd il ərzində bir tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilib. Əgər akademik borclar olan fənlərin krediti ilə semestrdə proqram üzrə nəzərdə tutulan prerekvizit fənlərin kreditlərinin ümumi sayı 30-dan çox deyilsə, tələbə bu halda akademik borcun ləğvinə görə əlavə təhsil haqqı ödəmir. Tələbə yalnız bu kreditlərin ümumi sayı bir semestrdə 30-dan çox olarsa, əlavə təhsil haqqı ödəyir (bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 olan tələbələr istisna olmaqla). Bütün hallarda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqqını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.
Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.
Apa
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































