Bu gün səhər saat 04.40-dan 05.03-ə qədər 23 dəqiqə ərzində son iki ildə Günəşdə ən böyük partlayış baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov məlumat verib. Onun sözlərinə görə, rentgen alışması olan partlayışın gücü 4,9 bal olub. Bundan qabaqkı ən böyük partlayış 2012-ci ilin martında olmuşdu. Həmin partlayışın gücü X 6,3 olub.
N. Cəlilov deyib ki, bu partlayışın yerdə maqnit fırtınası yaratmaq ehtimalı azdır. Ona görə ki, mənbəyi Günəş diskinin şərq tərəfindədir. Yəni birbaşa Yerə tuşlanmayıb. Bununla yanaşı, Günəşin qərb və şərq tərəflərində böyük alışmalar baş verir. Bu iki mənbənin arasında mərkəzi meridianda birbaşa Yerə tuşlanmış dərin tac dəliyi müşahidə olunur. Bu tac dəliyindən böyük miqdarda kütlə atılır. Bu kütlə 3 gündən sonra Yerdə təlatümlər yarada bilər. Yaranan maqnit fırtınasını xroniki xəstələr, meteohəssas insanlar hiss edəcək. Lakin hansı gücdə maqnit fırtınasının yaranacağını indidən demək çətindir.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




