Təhsil Nazirliyi tərəfindən "Sabahın alimləri" III respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, "Sabahın alimləri" III respublika müsabiqəsi innovativ elm müsabiqəsidir və gəncləri yeni məhsulun yaradılmasına sövq edir. Nazir qeyd edib ki, beynəlxalq səviyyədə keçirilən müsabiqədə iştirakçılarının ingilis dili bilməsi vacibdir: "Bu gün məktəblərdə gedən tədbirlərin bir hissəsi gənclərdə müasir düşüncə tərzinin, dil biliklərinin yüksək səviyyədə öyrədilməsinə yönləndirilib. Müsabiqənin keçirilməsində də məqsəd tədqiqat aparan şagirdlərin sayını artırmaq, onların elmi fəaliyyətini genişləndirməkdir. Müsabiqədə Bakı, Sumqayıt və Naxçıvanda yerləşən ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri iştirak edir. Müsabiqə 8 kateqoriya-riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqədə 108 şagird 65 elmi layihə ilə iştirak edir. Layihənin 36-sı kollektiv, 29-u isə fərdidir. Müsabiqənin final mərhələsinə Elmi Ekspertiza Komitəsi tərəfindən baxış keçirilən annotasiyaları (uşaqların işlərinin yenilik olduğu) təsdiq edilən layihələr buraxılır".
Tədbirin davamında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev də müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, üç gün davam edəcək müsabiqədə layihələrin qiymətləndirilməsi və ölkənin görkəmli alimləri ilə şagirdlərin keçiriləcək. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən keçirilən 5 şagird cari ilin may ayında ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək İntel İSEF müsbaiqəsində iştirak etmək imkanı qazanacaq.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































