Azərbaycanın KÜR kompüter texnikası istehsalı zavodu yaxın vaxtlarda öz brendi ilə planşet kompüterlərin istehsalına başlamağa hazırlaşır. Bunu bazar ertəsi Trend-ə KÜR-ün baş direktoru Rizvan Osmanov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur ki, bu da alıcıların prioritetlərinin dəyişməsi ilə əlaqədardır: "Alıcılar planşet kompüterlərə daha çox üstünlük verirlər".
R.Osmanov qeyd edib ki, bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallıq qazanır: "Şübhəsiz ki, bu sahədə dünya vendorları ilə rəqabət aparmaq bizim üçün çətindir. Çünki bazarda əlverişli qiymətə qurğuların sayı kifayət qədərdir. Buna baxmayaraq, KÜR planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük".
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




