Qazaxıstanın Almatı şəhərində məktəblilərin X Beynəlxalq Jautıkov fizika-riyaziyyat və informatika olimpiadası keçirilib.
Təhsil Nazirliyindən Apa-ya verilən xəbərə görə, olimpiadada Azərbaycan, Rusiya, İndoneziya, Bolqarıstan, Serbiya, Hindistan olmaqla ümumilikdə 16 ölkədən 57 komanda iştirak edib. 390 şagirdin iştirak etdiyi bu olimpiadada Azərbaycan məktəbliləri də öz biliklərini sınayıblar.
Nəticədə məktəblilər 1 gümüş, 4 bürünc olmaqla 5 medal və 3 həvəsləndirici sertifikat əldə ediblər. Fizika fənni üzrə "Dədə Qorqud" Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Tural Əliyev gümüş, Gəncə Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Nurlan Avazlı, Şirvan Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Nurlan Rzayev, riyaziyyat fənni üzrə Mingəçevir Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Fərid Həsənli və informatika fənni üzrə Bakı Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Sənan Paşayev bürünc medal alıblar.
Bundan başqa, riyaziyyat fənni üzrə Şirvan Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Mehdi Məhərrəmov, Sumqayıt Özəl Türk Liseyinin 11-ci sinif şagirdi İsa Bayramov və Gəncə Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Fərman Dumanov həvəsləndirici IV yerə layiq görülməklə sertifikatla mükafatlandırılıblar.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































