Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkimləri tərəfindən yeni bir uğurlu əməliyyata imza atılıb.
MNX-nın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Apa-ya açıqlamasında deyib ki, xroniki böyrək çatışmazlığından uzun müddətdir əziyyət çəkən Gəncə sakini 6 yaşlı (19 kiloqram) Cavid Axundova babasından böyrək transplantasiyası əməliyyatı uğurla icra olunub. Onun sözlərinə görə, Cavid Axundov respublikada böyrək köçürülən ən kiçik xəstədir: "Xəstəyə onlar üçün işgəncə olan dializ proqramına girmədən böyrək köçürülüb. Əməliyyatın xüsusiyyəti də ondan ibarət idi ki, köçürülən böyrək qarın boşluğuna yerləşdirilib. Xəstə 5-ci gün sağalma ilə evə yazılıb. Eyni zamanda, bu bizim dializə girmədən əməliyyat olunan 31-ci xəstəmizdir".
Nefroloq, tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov bildirib ki, hazırda xəstənin nəticələri qənaətbəxşdir, böyrək funksiyaları normaldır. Cavid həmyaşıdları ilə oynaya və məktəbə də gedə bilər.
Donor əməliyyatını icra edən cərrah-doktor Eldar Əhmədov donor əməliyyatının müasir laparoskopik, yəni bağlı üsulla icra edildiyini qeyd edərək donorun da sağalma ilə normal vəziyyətdə evə yazıldığını söyləyib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































