Argentinalı iki tələbə susuz işləyən paltaryuyan maşın icad ediblər. Bu, əslində Kordova Milli Universitetinin tələbələri Nikolas Arayya və Nikolas Vuksanovikin diplom işidir. Onlar su əvəzinə karbon dioksidindən və ya karbon qazından istifadə etmək təklifini irəli sürüblər.
Arayya və Vuksanovik bu ideyanı müasir dünyanın şirin su çatışmazlığı və ekoloji problemlərinin həllinə özünəməxsus töhfə hesab edirlər. Az da olsa, su işlədən quru təmizləmə qurğularından fərqli olaraq, "Nimbus" adlı paltaryuyan maşın tam susuz rejimdə işləyir. Bundan başqa o, adi paltaryuyan maşından xeyli az elektrik enerjisi sərf edir. Belə təmizləmədən sonra paltarı nə qurutmağa, nə də ütüləməyə ehtiyac qalır.
Gənc mütəxəssislər istehsal dizaynı sahəsində yüksək qiymət alıb və artıq öz ixtiralarını patentləşdiriblər.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




