Belə nikahlarımızın sayı il-ildən artır

Belə nikahlarımızın sayı il-ildən artır

2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah bağlanıb.

Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.Ötən 2013-cü ildə Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanıb. Bu isə 2012-ci ilə nisbətən 43% artım deməkdir.Xatırladaq ki, 2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah bağlanıb.Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artıb. Belə ki, 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı da 10,3% artıb. Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatıb. Bununla yanaşı, ölkədə nikahın pozulması ilə bağlı 11 849 fakt qeydə alınıb. Bu isə o deməkdir ki, 2012-ci ilə nisbətən boşanma hallarının sayı 6% artıb. Halbuki, 2012-ci ildə bu rəqəm 11 182 fakt təşkil edib (Trend).

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.01

2026.10.31

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az