Şəkidə müəmmalı hadisə

Şəkidə müəmmalı hadisə

Şəkinin Vərəzət kəndinin sakinləri təşviş içindədir. Həsənovlar ailəsində baş verənlər hər kəsin təəccübünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bir aya yaxındır evdə bilinməyən səbəblərdən yanğın hadisəsi baş verir.

Elektrik xətti kəsilmiş, mavi yanacağın olmadığı evdə yanğının baş verməsi eşidənləri, görənləri şoka salır.

Dekabrın 18-dən hadisələrin intensivləşməsi ailəni narahat etməyə başlayıb. Xüsusən də elektrik xətlərinin kəsilməsindən, odun sobalarının mənzillərdən çıxarılmasından sonra hadisələrin davam etməsi yanğında müəyyən müəmmalı məqamların olmasını göstərir.

Qeyd edək ki, yanğın həyətdə olan hər iki evin mənzillərində və çardaq hissəsində baş verir. Əvvəlcə ata-baba evi hesab edilən, təqribən 65-70 il öncə tikilmiş evdə qeydə alınan yanğın, sonralar yeni tikilidə də meydana gəlməyə başlayıb.

Bütün əşyaları yanaraq məhv olan ailə mənzillərdə keşik çəkməyə məcbur olur. Yanğının baş vermə səbəbinin bəlli olmaması isə nəinki ailə, hətta bütün kənd sakinləri üçün böyük müəmmaya çevrilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az