Bu gün səhər saat 10:00 radələrində Lənkəran rayonunda yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 130 kv. metr sahəsi olan 4-otaqlı evin 50 kv.m sahəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibinin sözlərinə görə, ani olaraq enerjinin gərginliyi çoxalıb və nəticədə də Əvəz Abbasova məxsus 4-otaqlı mənzilin 50 kv.m sahəsi içindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Dəfələrlə rastlaşdığımız kimi bu dəfə mənzildə olan Qurani-Kərim yanmayıb.
Kamil Kazımov küçəsində təkcə ziyan çəkən Abbasovlar ailəsi olmayıb. Belə ki, adı çəkilən ünvanda yaşayan digər qonşuların mənzillərində məişət avadanlıqları yararsız vəziyyətə düşüb.
Məsələ ilə bağlı Lənkəran Elektrik Şəbəkənin münasibətini öyrənməyə çalışdıq. Adı çəkilən ünvan məsələ ilə bağlı baş verənləri təkzib etdi. Bildirildi ki, rayon ərazisində olduğu kimi Kamil Kazımov küçəsində də əhaliyə eyni qaydada enerji ötürülüb. Yəni bu şəbəkənin günahı deyil. Çünki abonentlərlə elektrik şəbəkəsi arasında balans sərhədi elektrik sayğacında bitir. Bu 2005-ci il iki fevral Nazirlər Kabinetinin 18 saylı qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarının müvafiq bəndində də öz əksini tapıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Qeyd edək ki, şəhid ailəsi olan Abbasovlar ailəsinin 9 üzvü var və onlar soyuq qış günündə aidiyyəti qurumların onlara kömək etməsini istəyirlər.
Milli.Az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































