Həsən Ruhaninin ən çox sevdiyi idman növünün alpinizm olduğu ortaya çıxıb
İran mətbuatında adətən dini geyimdə görməyə alışdığımız İran prezidenti Həsən Ruhaninin idman stilində olan fotoşəkili yayılıb.
Apa-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, İran prezidentinin ən çox sevdiyi idman növü alpinizmdir. Hətta H.Ruhaninin öz sağlamlığını qorumaq üçün həftədə bir və ya iki dəfə Tehran şəhərinin ətrafındakı dağlara, xüsusilə dağ kurortlarına dırmandığı bildirilir. Onun İran Ali Milli Təhlükəsizlik Şurası katibi işləyəndən ölkənin prezidenti olanadək müddətdə belə heç vaxt idmanı buraxmadığı və sevimli məşğuliyyətini gizlətmədiyi qeyd olunur.
İran Alpinizm Federasiyasının prezidenti İsa Savə Şimşəki məsələ ilə bağlı bildirib ki, H.Ruhani adətən həftədə bir-iki dəfə Tehran şəhərinin ətrafındakı dağlara gedir: "Əlbəttə, İran prezidenti hələlik bu həftə dağa dırmanmayıb. Ancaq o, idmanı çox sevir və davam etdirir".
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




