Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Apa TV və Jurnalistika və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü" ilə əlaqədar mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Jurnalistika və İnkişaf Mərkəzi İB-in sədri Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda avtomobil qəzalarının sayının ildən-ilə artması təəssüfləndirici haldır. O bildirib ki, tədbirin keçirilməsində məqsəd yol qəzalarında həlak olan insanların yaxınlarına mənəvi dəstək olmaqdır.
Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, dünyada və Azərbaycanda yol qəzalarının artmasının əsas səbəbi sürücülərin sürət həddini aşmasıdır. Deputat qəzaların qarşısını almaq üçün sürücü və piyadalar arasında maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çıxışında yol-qəza hadisələri, onların səbəbləri barədə danışıb. V. Əsədov deyib ki, bu ilin ötən dövründə 909 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 294 nəfər ölüb, 947 nəfər isə yaralanıb.
Tədbirin digər iştirakçıları və ekspertlər yol-qəza hadisələrinin qarşısını almaq üçün müvafiq tədbirlər görməyin vacibliyini vurğulayıblar.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




