Noyabrın 10-da günəşdə baş verən 2 güclü partlayış yerdə müəyyən təlatümlərə səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov Apa-ya açıqlamasında deyib ki, partlayışların yerin maqnit sahəsinə təsiri nəticəsində yerdə güclü təlatümlər baş verib.
O qeyd edib ki, günəşdə müəyyən alışmalar olsa da, bu hər zaman maqnit sahəsinin silkələnməsinə təsir etmir. Bu hadisə bizə daha çox maqnit sahəsi silkələnəndə təsir edir. Qeydə alınan 2 güclü partlayış isə yerə təsirini edib və müəyyən təlatümə səbəb olub. Yerdə az da olsa, həyəcanlanma baş verib. Bunun insanlara necə təsir etməsi barədə dəqiq məlumat yoxdur".
Qeyd edək ki, noyabrın 10-da səhər Günəşdə X gücündə yüksək dərəcəli rentgen partlayışı baş verib. Bu, son üç gün ərzində baş verən ikinci partlayış olub. Partlayışın mənbəyi Günəş diskinin mərkəzinə yaxın 1890 aktiv səthi (ləkələr qrupu) olub. Həmin səthdə noyabrın 8-də də X1.1 dərəcəli alışma qeydə alınıb. Hər iki hadisə ani partlayış hesab olunur və güclü geomaqnit həyəcanlanması yaratmır. Əvvəl məlumat verilib ki, noyabrın 8-də baş verən alışma noyabrın 11-də aşağı sinifli G1 maqnit qasırğasına səbəb ola bilər. Günəş partlayışları rentgen şüalanması gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. A0.0 maksimum sinif hesab olunur. Partlayışlar bir qayda olaraq Günəş plazmasının atılması ilə müşahidə olunur. Plazmalar yerə çataraq maqnit qasırğasına səbəb ola bilir.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































