Keçmiş amerikalı boksçu Mayk Tayson şəxsi "Neosporimaya pravda" avtobioqrafiyasında uşaqlıqdan rinqlərə çıxmazdan öncə narkotik istifadə etdiyini etiraf edib. ANS-in verdiyi məlumata görə, Tayson bildirib ki, ilk dəfə 11 yaşında kokainin dadına baxıb, spirtli içkini isə daha az yaşlarından istifadə etməyə başlayıb.
1987-1990-cı illərin mütləq dünya çempionu qeyd edib ki, 2004-cü ildə kokainin təsiri altında britaniyalı idmançı Denni Uilyama uduzub. Eləcə də bioqrafiyasında bildirib ki, britaniyalı Lenninkson Lyuisomu 2002-ci ildə mətbuat konfransında ayağından dişləyib. Bunların hamısının narkotikə görə baş verdiyini deyib.
Bu günə qədər yaddaşlarda qalan tərəf-müqabili Evandera Holifildin qulağını dişləyərək bir parçasını qoparan epizodu Tayson belə başa salıb: "Rəqibim dayanmadan rinqdə baş nahiyəsi ilə qadağan olunmuş hərəkətlərdən istifadə edirdi."
2000-ci ildə isə dopinq-test nəticəsində sidiyində narkotik aşkar olunduğundan 200 min dollar cərimə olunub.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




