"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialında bu gündən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə aşpaz ixtisası üzrə peşəkar kadrların hazırlığına başlanılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dərslər filialın lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında peşəkar mütəxəssislər tərəfindən aparılacaq.Kurs ərzində müdavimlərə nəzəri və praktiki hazırlıqla yanaşı, gigiyena qaydalarına riayət təlimi, çörəkbişirmənin təşkili və əsasları, həmçinin səhra şəraitində qidanın hazırlanması da öyrədiləcək.Sonda aşpaz ixtisası üzrə hazırlıq kursunu keçən müdavimlərə kursu bitirmələri barədə sertifikat veriləcək.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































