Dünyanın ən uzun boylu adamı Sultan Kösən Türkiyənin Mardin vilayətində özünə toy edib. 2 metr 51 santimetr boyu olan Mardin sakini Mərvə Dibo adlı 20 yaşlı və boyu 1 metr 75 santimetr olan suriyalı qızla evlənib. 5 ildir Ginnes Rekordlar Kitabında dünyanın ən uzun adamı titulunu əldən verməyən Sultan Kösənin toyu yerli və xarici kütləvi-informasiya vasitələrinin də diqqət mərkəzində olub. Toyda Mardin valisi, vilayətin ağsaqqalları və siyasətçilər də daxil olmaqla, 3000-ə yaxın adam iştirak edib.
"Sultan bəyin nə qədər çox sevildiyini buraya gəlincə lap yaxşı başa düşdüm. Xoşbəxtlik üçün qəliblərin uyğunluğundan başqa, qəlblərin də uyğunluğu vacibdir. Sultan bəylə Mərve xanımın bir-birlərini sevərək evləndiklərini öyrəndim. Sultan qəlbinin gözəlliyi ilə bütün mardinlilərin sevgisini qazanmış bir insandır, hər ikisinə də xoşbəxtlik arzu edirəm." - deyə, Mardin valisi Əhməd Cengiz bildirib.
Türkcə, kürdcə və ərəbcə mahnıların sədaları altında halay çəkən qonaqlar, daha sonra dünyanın ən uzun adamı ilə şəkil çəkdirmək üçün bir-biri ilə yarışıblar.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




