Bakıya gündə 50 kilo ət yeyən yırtıcı gətirilib

Bakıya gündə 50 kilo ət yeyən yırtıcı gətirilib

Şirlər, meymunlar ,illüziyalar, hava gimnastları, jonqlyorlar, akrobatlar... Bunlar Bakı dövlət Sirkinin yeni mövsümdə təqdim etdiyi proqramda tamaşaçıların görüşünə gələcək. Bakı Dövlət Sirki yeni mövsümü oktyabrın 25-də açmağı planlaşdırılır. Bununla əlaqədar olaraq sirk rəhbərliyinin dəvəti ilə Bakıya böyük bir heyət gəlib.Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov deyir ki, Ukrayna və Rusiyadan dəvət olunan komanda "Kral 2" adlı yığma proqramla sirkin arenasında çıxış edəcək.Ölkəmizdə ikinci dəfədir, çıxış edən komanda əhliləşdirilmiş meymun və itlərlə müxtəlif nömrələr təqdim edəcək. Bir neçə gündür ki, Bakıda olan komanda üzvləri səhnədə son məşqlərini edir.Hazırda isə proqramda ən maraqlı nömrələrdən olan şirlərlə son məşq keçilir. Ukraynadan dəvət olunan bu şirlər gün ərzində 47 kilo ət yeyir.Bir-birindən fərqli ,həm də təhlükəli nömrələr təqdim etməyə hazırlaşan heyət tamaşaçıları təcəccübləndirməkdə qərarlıdır.Rusiyanın xalq artisti Aleksandr Pinkon bundan sonra da ölkəmizə gəlmək istəyir. Şirlərlə işləməyin olduqca təhlükəli olduğunu deyən xalq artisti budəfəki nömrədə 11 şirlə səhnəyə çıxacağını deyir.Proqram noyabrın ortalarına qədər davam edəcək. Əsasən cümə, şənbə, bazar, məktəblilərin payız tətili günlərində isə hər gün iki seansla göstəriləcək./apa/

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az