Türkiyədə erotik məhsulların satışı ilə məşğul olan seks-şopların fəaliyyətinə artıq xeyli müddətdir ki, icazə verilib. Qardaş ölkə müsəlman ölkələri arasında belə mağazaların fəaliyyətinə rəsmi icazə verən ilk ölkələrdən biri olması ilə də tarixə düşüb.Müsəlman Türkiyəsi birincilik uğrunda mübarizəsində daha bir "rekorda" imza atıb: qardaş ölkədə "halal seks-şop" açılıb.
Bu barədə yazı ilə Türkiyənin "Radikal Gazetesi"nin köşə yazarı Tayfun Atay çıxış edib.O, "Halal seks-şop ölkə üçün xeyirli olsun" başlıqlı məqaləsində yazır:"Dünən elektron poçtumu açdım və nə gördüm! Türkiyədə yeni halal seks-şop açılıb. Göndərilən məktubda İslam qaydalarına uyğun fəaliyyət göstərən belə bir mağazanın açıldığından xəbər verilir – "Sizləri də mütləq gözləyirik", deyə, məktubda qeyd olunur.
Yazar həmçinin qeyd edir ki, o, hələ 2010-cu il aprelin 13-də Hollandiyada belə bir "halal" seks-şopun açılması barədə xəbər yazmışdı: "İndi də bizdə açıldı bu (www.helalsexshop.com). Dünyada Hollandiyadan sonra Türkiyə bu cəsarəti göstərir. Təbii ki, üç il əvvəlki yazıda adı çəkilən dükanda olduğu kimi bizim dükanda da vibrator, süni vağına və sair "hardcore" məhsullar yoxdur. Yalnız masaj yağları, gecikdirici sprey, sürüşkənləşdirici krem, cinsi həssaslığı artırıb, dayanıqlığı təmin etmək üçün herbal qəhvə və qadın orqazm kremləri kimi məhsullar var".
Məqalə müəllifi həmçinin ictimaiyyətin bu məsələyə münasibətinin necə olacağından da yazır:"İlk rəyləri gözləyirəm. Görəsən Dəyanət İdarəsi (Türkiyənin dini işlər idarəsi – red.) bu işə nə deyəcək? Çünki bu mövzuda əhali arasında fikirlərin müxtəlif olduğunu Hollandiyadan da bilirik".
Tayfun Atay sonda ictimaiyyətə müraciət edir:"Müsəlmanın realiti-şousu olar, seks-şopu olmazmı? O da oldu indi…"
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































