Avtobus toy maşını oldu: "Biz evləndik!

Avtobus toy maşını oldu: "Biz evləndik!

Ötən gün Bakıdakı restoranlarından birində yəhudi əsilli Konstantinlə azərbaycanlı Ellada xanımın toy mərasimi keçirilir.

Onların toyunda hər kəsi təəccübləndirən məqam gəlin maşını olub. Adətən gəlini toya maşınla, bəzi hallarda faytonla aparsalar da, bu toyda bəy gəlini aparmaq üçün avtobus bəzədib.

Yəhudi əsilli bəy bu avtobusun üzərinə "Biz evlənirik" deyə yazmağı da unutmayıb. Onlar qeyri-adi gəlin maşını ilə şadlıq sarayına getməyi fərqlilik hesab ediblər. Amma bəyi və dostlarını düşündürən bir məqam avtobusla tıxaca düşmək qorxusudur. Şadlıq sarayına gələnə qədər isə bəylə gəlin bu avtobusla şəhərin görməli yerlərini gəziblər.

Bəyin dostlarının sayta verdiyi məlumata gərə toy yerli adət- ənənələrə əsasən keçirilib. Dostları hətta bəyi qaçırmağı da planlaşdırırlar. Toya gələn qonaqları da bəy və gəlin özləri qarşılayıb. Onu da qeyd edək ki, gəlin maşını kimi bəzədilən avtobus nəinki ətrafdakıların, eləcə də toya qatılan qonaqların marağına səbəb olub. Avtobusun yanında şəkil çəkdirməyə çox böyük maraq olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az