Bu il sülh mükafatı üçün rekord sayda ərizələrin təqdim olunduğu, bu sayın hətta 260-a yaxın olduğu bildirilir. Bukmekerlərin əksəriyyəti əsas favoritin Məlalə Yusufzai olduğunu düşünür.16 yaşlı pakistanlı qız, qadınlar arasında təhsil məsələsini təbliğ etdiyi üçün taliban tərəfindən silahlı hücuma məruz qalıb və ağır yaralanıb. Məlalə sülh mükafatına layiq görüləcəyi təqdirdə, Nobel mükafatının tarixi dövründə ən gənc laureata çevriləcək.
Bukmekerlərin digər sevimlisi Bredli Menninqdir. Qalmaqallı Wikiliks saytının əsas məlumat mənbəyi olmuş, Amerika ordusuna keçmiş analitiki avqust ayında 35 il azadlıqdan məhrum edilib. Onun tərəfdarlarına görə, məhz onun ABŞ-ın məxfi materiallarını internetə sızdırması sayəsində ABŞ hərbi kontingentinin İraqdan çıxarılma qərarı qəbul olunub.
Bu il ən çox namizəd Rusiyadan olub. Onların arasında Rusiya prezidenti Vladimir Putinin də adı var. Rusiyalı lider, Suriya münaqişəsində oynadığı sülhməramlı rola görə bu siyahıya düşüb. Onun namizədliyini ABŞ-da da dəstəkləyənlər var. Amerikada Obamanın 2009-cu ildə aldığı mükafatdan Rusiya prezidentinin xeyrinə imtina etməsinə dair petisiyalar da tutulur.
2013-cü il fizika üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. Bu kateqoriyada Nobel mükafatını Böyük Britaniyalı alim Peter Hiqqs və belçikalı alim Fransua Enqlert bölüşüblər. Onlar "Hiqqs bozonu" nəzəriyyəsi ilə bağlı tədqiqat işinə görə fərqləniblər. Bəs 2013-cü ilin Nobel sülh mükafatı kimə qismət olacaq? Bu son günlər dünyada maraq doğuran əsas məsələlərdən biridir. Namizədlərin adları gizli saxanılsa da, bukmeykerlər əsas naizədlərin pakistanlı 16 yaşlı qız, Rusiya prezdenti Vladimir Putin, Vikilisin məlumat mənbəyi Bredli Meninqin olduğunu deyir.
Nobel mükafatı laureatları 1 milyon avro dəyərində pul mükafatı alırlar.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































