Zərdabda üç əsrin yadigarı yaşayır - 125 yaşlı nənə

Zərdabda üç əsrin yadigarı yaşayır - 125 yaşlı nənə

Zərdabın Məlikli kəndində 3 əsrin yadigarı, 125 yaşlı bir nənə yaşayır. 7 övlad dünyaya gətirən Süfi nənə iki dəfə ailə həyat qurub. İlk həyat yoldaşı Qədir öləndən sonra 20 il dul qalıb. 20 ildən sonra ailəsi onu məcburən molla Əvəzə ərə verib.Apa xəbər verir ki, Süfi nənə min bir çətinliklə və zəhmətlə keçən ömrünü övladlarına həsr etdiyini dedi.

Oğul evləndirib, qız köçürüb, nəvə-nəticə sahibi olana qədər çox əziyyət çəkib.Hazırda 3 övlad, 9 nəvə və altı nəticə sahibi olan Süfü Bayramova deyir ki, yalnız doğmaları onu yada salır, tez-tez gəlib yoxlayır.

Keçmişdə kolxoz, barama və müxtəlif əkin təsərrüfatlarında külüng vurduğunu deyən nənə 4 illik orta təhsil aldığını, yığımcıl olduğunu və el arasında "pullu Süfü" kimi tanındığını deyir. Gəlinlik cehzindən isə ona sandığı yadigar qalıb.

Keçmişdə qızıl və pullarını burda saxlayırmış. Mal-qara,əkin-biçinlə məşğul olub, bununla yanaşı çox diribaş olub. İndi də yeməyini özü yeyir, çayını özü içir. Nəsilliklə uzunömürlü olduqlarını deyən nənənin 100 yaşına yaxın bir qardaşı və bir bacısı da yaşayır. İnsan nə qədər yaşasa da, həyat yenə şirindir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az