Azərbaycanda bu günə kimi 18126 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.
ICTnews-a xəbər verir ki, bu il ölkədə cəmi 3 942 domen qeydə alınıb. Onlardan 2 175-i qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1 767 domen təşkil edib.
Hazırda Azərbaycanda 16 921"*.az", 711"*.com.az", 168"*.edu.az", 98"*.org.az", 59"*.net.az", 43"*.int.az", 42 "*.co.az", 39"*.pp.az", 23 "*.info.az", 11 "*.biz.az", 3"*.name.az", 1"*.mil.az", 1 "*.pro.az" və 6 coğrafi adlardan ibarət domen adları istifadə olunur.
Son üç ildə "*.az" domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub. Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci ildə "*.az" domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































