20 yaşdan sonra mütləq toxunun!

20 yaşdan sonra mütləq toxunun!
Döş xərçənginə kişilər də tutulurlar

Türk professoru, həkim Gökhan Kandemir xüsusilə qadınlıarda tez-tez rast gəlinən döş xərçəngi ilə bağlı gold məsləhətlər verib. Onun sözlərinə görə,hər bir qadın 20 yaşından sonra mütləq müayinədən keçməlidir.

Əgər qadın 12 yaşından tez menustrasiya olubsa, 55 yaşından gec klimaks keçiribsə, o qadınlarda xəçəngi riski olduqca yüksəkdir. Əgər döşünüzdə şiş, uc hissələrinin rəngində dəyişiklik, dərisində anormallıq hiss edirsinizsə, bu, böyük ehtimalla xərçəng deməkdir. Ona görə mütləq şəkildə tez bir zamanda həkimə müraciət edin. Ümumiyyətlə, 20 yaşdan sonra qadın özü-özünü müayinə etməlidir. Tez-tez döşünüzdəki dəyişikləri yoxlamaq üçün qoltuq ltından tutmuş döş altına kimi əllərinizi vücudunuzda gəzdirin.

Əsasən qadınlarda alışdığımız döş xərçənginə əslində kişilər də yaxalanırlar. Bu xəstəliyin 100 qadınından 1-i kişi olur. Köklük, alkoqol, idmansız qalma xərçəng riskini kişilərdə artırır. Və ya uşaqlıqda həmin kişinin sinəsi radiasiyaya məruz qalıb.

20 yaşdan sonra 3 ildə bir, 40 yaşdan sonra isə hər il müayinə prosesi olmalıdır. Mamoqrafiya radiasiyaya məruz qalmır, bu zaman sıxılan döşlərdə xərçəng əmələ gəlmir.

Qadınlar xərçəngin genlə gəlib-gəlmədiyinə də fikir verməlidirlər. Unutmasınlar ki, bu halda onların bu xəstəliyə düçar olması 5% təşkil edir. Köklükdən uzaq olmalısınız. Belə ki, döş xərçənginin yayılmasına səbəb olan ostrojen hormonu birə-bir vücuddakı yağlarla əlaqəlidir. İdmanı həyatınıza daxil etsəniz, bütün xəstəliklərdən yan keçərsiniz.

GÜNEL HƏBİB

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az