Nayna Patel adlı hindli həkimin təşəbüssü ilə dünyada ilk dəfə Hindistanda "uşaq fabriki" açıldı. Hansı ki, bu fabrikdə özəlliklə Qərbdən gələn cütlüklər kasıb hind qadınlarını kirayəyə götürürlər. Onlardan daşıyıcı ana kimi istifadə edərək, uşaq sahibi olurlar.
Ölkənin Gujarat şəhərində açılan fabrikdən bu günə qədər 100 cütlük istifadə edərək, ümumilikdə 28 min dollar pul ödəyib. Bu çərçivədə hindli qadınlar kişilərin sperması, qadınların yumurtalıqları ilə hamilə qalır.
Xəbəri dünyaya duyuran "BBC4" ödənilən 28 min dollardan 20 min dollarının xəstəxanaya, 8 min dollarının isə qadınlara verildiyini bildirdi. Xəbərə görə, daşıyıcı ana əkiz doğarsa, o zaman 2 min dollar daha artıq qazana bilir.
Hindistanda mübahisələrə səbəb olan bu xəstəxana önümüzdəki il daha da genişləndiriləcək. Belə ki, daşıyıcı analar üçün özəl otaqlar, əməliyyatxanalar və s. tam hazır olacaq. Üstəlik, sifarişçi qadınlar üçün də otaqlar təşkil olunacaq.
Proses isə bu cür baş verir: kişilərin spermaları, qadınların embriyonları kurye vasitəsilə Hindistana göndərilir. Sifarişçi cütlüklər 9 aydan sonra uşaqlarını götürmək üçün xəstəxananın qapısını döyürlər.
Günel Həbib
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































