"Facebook" istifadəçilərinə öz statuslarını redaktə etməyə imkan verən yeni funksiyası bəzi müəlliflərin arxa tarixlə qeydlərini dəyişərək, oxucularını aldatması və pis vəziyyətə qoymasına gətirə bilər, ekspertlər xəbərdarlıq edirlər.Əvvəllər statuslarında hansısa dəyişiklikləri etmək üçün istifadəçi onu pozmalı və yenidən yazmalı idi. Bu zaman bütün "like" və şərhlər itirdi. Sonradan tətbiq olunan imkanlar nəticəsində isə istifadəçilər yazdıqları statusları, şəkillərə olan qeydləri redaktə edə bilərlər. Yəni, indi onları silməyə ehtiyac yoxdur.Lakin bu zaman həmin statusu bəyənmiş yaxud da altından şərh yazmış istifadəçi xəbərdarlıq almır. Məsələn, "Mən öz pişiyimi sevirəm" kimi statusu bəyənmiş istifadəçi sonradan öz adını tamamilə başqa, hətta əxlaqsız statusun altında aşkarlaya bilər. Ekspertlər düşünürlər ki, indi "Facebook"da dostları yaxud düşmənləri pis vəziyyətə qoymaq imkanları xeyli artıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































