Braziliyalı milyonçu qraf Skarpa öz Facebook profilində Misir fironlarının yoluyla gedərək bahalı əşyalardan biri ilə dəfn olunmaq niyyətində olduğunu yazıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həmin bahalı əşya isə onun yeni "Bentley"idir. O paylaşdığı bu statusu ilə ölümündən sonra da öz avtomobilindən istafadə etmək niyyətində olduğunu yazıb. Skarpa qeyd edib ki, onda maşının basdırılması düşüncəsi özləri ilə bahalı əşyaları dəfn etdirən Misir fironları haqqında filmə baxdıqdan sonra formalaşıb. Braziliyalı dəfn etmə haqqında mesajından sonra yazdığı statusla 6 min "Like" qazana bilib və yumor həfəfinə çevirilib. Milyonçu 310 min funtluq maşınını sentyabrın 21-də dəfn etmək niyyətindədir. Ətrafındakı insanları dəfn etmə mərasiminə dəvət edən braziliyalının bu statusu dünyanın bir çox ölklərində sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































