Amerikalı qadın 35 hərflik soyadı uğrunda mübarizənin qalibi olub. Havay adalarında yaşayan Cenis Uort ailə həyatı qurandan sonra soyadını dəyişib. Onun yeni soyadı Keihanaikukauakahihuliheekahaunaele olub. Bir necə il o, iki sənədlə - pasport və sürücülük vəsiqəsi ilə yaşayıb. Adi sənədlərdən fərqli olaraq ikinci vəsiqələrdə onun ancaq soyadının 34 hərfi yerləşib.
Qadın soyadını qısaltmaqda və ya qızlıq soyadından istifadədən qətiyyətlə imtina edib. "Bir dəfə polis mənə dedi ki, istədiyim zaman qızlıq soyadımı geri götürə bilərəm. Bu mənim qəlbimi sındırdı", deyə xanım Keihanaikukauakahihuliheekahaunaele bildirib.
Qadın dərdini yerli telekanala dnaışandan sonra məşhurlaşıb. Məhz onun sayəsində sənədlərdə ad və soyadın yazılması ilə bağlı dəyişiklər edilib və onların 40 simvola kimi çoxaldılmasına qərar verilib. İkinci soyad üçün isə 35 xana ayrılıb.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































