ABŞ-dakı Massaçusets Texnologiya İnstitutu (MİT) dünyanın ən yaxşı universitetidir. Harvard Universiteti ikinci, Kembric isə 3-cü sıradadır.Oxumeni.az Azadlıq Radiosuna istinadən xəbər verir ki bu barədə QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında bildirilir. Siyahıda ABŞ və Britaniya universitetləri ön sıralarda gedir.İlk onluqda Britaniyanın 4 məktəbi var. Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5, və Oksford 6-cı sıradadır.Ilk onluqda növbəti yerləri ABŞ-dan Stanford, Yale, Çikaqo, Kaliforniya Texniki Universiteti və Prinston Universitetləri tutur.İlk 200 universitet arasında Azərbaycanın qonşuları və post sovet məkanından bu siyahıda ancaq bir universitet var – Moskvadakı Lomonosov adına Moskva Dövlət Universiteti, o da 120-ci sırada.
Azərbaycan ali təhsil məktəblərindən ancaq 3-ü 3 min ali məktəb arasına düşüb. Xəzər və Qafqaz Universitetləri 651-700-cü sıralarda, Bakı Dövlət Universiteti isə 701-ci sırada yer alıb.
Ermənistan və Gürcüstanın heç bir ali məktəbi 3 minlik siyahıya düşməyib.
Türkiyədən 9 Universitet 3 minlik siyahıdadır. Bilkent Universiteti və Orta Şərq Texniki Universiteti 431-ci yerdədir. İrandan Şərif Texnologiya Universiteti və Tehran Universiteti Azərbaycan ali məktəblərindən bir az öndə, 601-650-ci sıralarda yerləşir.
O.M.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































