Necə ölmək istəyərdiniz?

Necə ölmək istəyərdiniz?
Maraqlı araşdırma...

Yunan filosofu Epikürün dediyi kimi: "Ölüm bizlər üçün heç nədir. Ancaq hər birimiz həyatımızın bəlli bir dönəmlərində ölümümüz barədə fikirləşirik".

"60 Minutes" və "Vanity Fair" jurnalları Ameriakada sorğu keçirtdilər: "Necə ölmək istərdiniz?" Maraqlıdır ki, anketə qatılanların 37 %-i tualetdə ölümü seçiblər. Ən rahatsız edici ölüm şəkillərindən ikinci sırada sevişərkən ölmək durdu. 13 %-i fast-food restoranında yemək yeyərkən ölmək istədiklərini dedilər. Dördüncü yerdə - respondetlərin 10 %-i simit yeyərkən boğulmağı seçdi.

Xristian toplumu arasıda aparılan araşdırma ilə təbii ki, müsəlmanlar arasında fikir ayrılığı mütləq olacaqdır. Buna görə də öldükdən sonra yandırılmaq istəyən xristianların küllərinin haraya sovrulması da amerikalılardan soruşulub. Onlar küllərin bir gecə klubuna sovrulmasından qorxduqlarını açıqlayıblar. İkinci yerdə alış-veriş mərkəzi (23%) durur. 11% vətənpərvərlər küllərinin Kanada sərhəddindən keçməməsinin tərəfdarlarıdır.

Sorğuda iştirak edənlərdən yaxınlarının ölümü də soruşulub. 58% amerikalı həyat yoldaşlarının onlardan sonra ölməsinin tərəfdarıdır. Ancaq son illərini yalnız keçirmək istəyənlər arasında kişilər üstünlük təşkil edir. Onlardan yalnız 12%-i həyat yoldaşları üçün ölümə hazır olduqlarını qeyd ediblər. Uşaqları yolunda özlərini fəda edənlər isə 55% təşkil edir. "Dinim üçün canımı verərəm" - deyənlər 10%-dir. Ölkəsi üçün ölmək istəyənlər isə 5%.

İştirakçılara "Ən çox kimi həyata qaytarmaq istərdiniz?" sualı verilib. Bu suala verilən cavablar arasında birinciliyi 35%-lə Ledi Diana tutur. İkinci yerdə "Titanic"də Leonardo Di Kaprionun canlandırdığı Cek Devson, üçüncü yerdə isə "Apple"nin qurucusu Stiv Cobs durur.

Ölüm haqdır - hamımız bir gün onun "dadına" baxacağıq. Siz də nə vaxtsa özünüzə bu tip suala verib, cavabını almısınızmı? Sualı versəniz də, bəlkə də cavabı etiraf etməkdən çəkinmisiniz. Elə isə imkanınız var... Buyurun!

Günel Həbib

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az