Artıq 100 mindən çox insan Mars One layihəsi çərçivəsində Marsa uçmaq üçün ərizə verib. Marsa geriyə qayıtmayacaq ekspedisiya göndərməyi nəzərdə tutan Mars One layihəsi 2013-cü ilin aprelindən iştirakçıların seçimini rəsmən açıq elan edib.
Və bu gün artıq 100 mindən çox insan Marsda məskən salmaq üçün ora yola düşmək istəyir. Onların hamısı Mars One layihəsində iştirak üçün ərizə veriblər. Mars One layihəsinin iştirakçıları 7 il ərzində hər birində 4 nəfər olan komandalar şəklində hazırlıq keçəcəklər. Bu il 40 namizəd seçiləcək. Onların arasından 4 nəfər – 2 kişi və 2 qadın 2022-ci ilin sentyabrında Marsa uçacaq, 2023-cü ilin aprelində isə "Qırmızı planetə" enəcəklər.Yeddi aydan sonra təyinat yerinə çatan yerlilər burada məskən salacaq və ömürlərinin axırınadək orada qalacaqlar. Alimlər insanları geri qaytarmağın texniki baxımdan qeyri-mümkün olduğunu bildirirlər.
O.M.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




