Yaponiyalı alimlər nəcisdən ət düzəldiblər

Yaponiyalı alimlər nəcisdən ət düzəldiblər

Yaponiyanın Okoyama laboratoriyasından olan tədqiqatçı Mitsyuki İkedabəşəriyyəti onun şəxsi həyat fəaliyyətinin məhsulları ilə doyurmağı təklif edib.Bu kəşf kommersiya sifarişi nəticəsində baş tutub. Kommunal servislər göstərən şirkət alimə Tokio kanalizasiyasının borularından çıxarılan nəcis kütləsi axınlarını sənayedə tətbiq etmək imkanlarını axtarmağı təklif edib. İkedanın materialı öyrənən tədqiqat qrupu nəcisi proteinə çevirən çoxlu sayda bakteriyalar aşkarlayıb. Bu kütlədən qiyməti zülalları ayıraraq, alimlər ona kimyəvi katalizator qatıblar və alınmış məhsulu süni ətin yaradılması üçün qurğuya göndəriblər. Nəticə özünü çox gözlətməyib. Təhlillərə əsasən, alınmış məhsulda 63% zülal, 25% karbohidrat, 3% yağ və 9% minerallar var. Yekun materialın rəng və dad keyfiyyətlərini yaxşılaşdırmaq üçün ona təbii qırmızı rəngləyici və soya əsasında hazırlanmış dad gücləndiricisi əlavə edirlər. Nəcisdən hazırlanmış ət steyklərini yeyən ilk könüllülər onların mal ətini xatırladığını bəyan ediblər.

Qeyd olunur ki, bu kəşf həm ərzaq, həm də ekoloji problemi həll edə bilər. Yeganə problem isə əhalini təbii ətdən süni ətə keçməyə inandırmaqdadır. Buna baxmayaraq, istehsal xərclərini nəzərə alaraq, nəcisdən hazırlanmış ət heç də ucuz olmayacaq. Saytda dərc olunmuş sorğunun nəticələrinə görə, rəyi soruşulan hər 10-cu adam yeni ətin dadına baxmağa razılıq verib.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az